Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) erkən prezident seçkisi niyyəti yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə CHP sədri Özgür Özəl bildirib.
“Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarı xalq qəbul edəcək, əgər belə bir tələbi varsa. Mən erkən seçkiyə çağırmıram”, - partiya lideri bildirib.
CHP martın 31-də keçirilən bələdiyyə seçkilərində qələbə qazanıb. Bu, ana müxalifət partiyasının hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə mübarizədə ilk qələbəsidir.
Seçkilər bitdikdən sonra bir sıra CHP üzvləri erkən parlament və prezident seçkiləri mesajları verməyə başlayıb. Türkiyə prezidentinin aparatı 2028-ci ilədək heç bir seçkinin keçirilməyəcəyi açıqlamasını verərək, müzakirələrə son qoyub.