3 Aprel 13:32
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri Ukraynadakı müharibənin sonsuz olmasını istəyir, ona görə də Ukrayna ordusuna dəstək dayanmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri amerikalı milyarder Devid Saks deyib.

“Hətta yeni prezident (ABŞ) Ukraynaya silah tədarükünü dayandırmaq istəsə belə, dayanmayacaq. Məqsəd yeni sonsuz müharibədir”, - milyarder bildirib.

“Blumberq”in məlumatına görə, NATO baş katibi Yens Stoltenberq alyansın iyulda ABŞ-də keçiriləcək sammitində Ukraynaya 5 il ərzində silah tədarükü üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər