6 Aprel 01:12
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seneqalın keçmiş baş naziri Məhəmməd Bun Abdallah Dion Fransada 65 yaşında xəstəlikdən dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Seneqalın Xəbər Agentliyi məlumat yayıb.

Dion martın 24-dəki seçkilərdə Seneqal prezidentliyinə 19 namizəddən biri olub. Seçki kampaniyası zamanı səhhətində problemlər yaranan siyasətçi müalicə üçün Fransaya gedib.

O, 2014-cü ilin iyulundan 2019-cu ilin mayına qədər hökumətə rəhbərlik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər