6 Aprel 16:32
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri İsrailin Tehranın Suriyadakı konsulluğuna ölümcül hücumuna görə qisas almağın qaçılmaz olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, general İsraili məhv etməklə hədələyib.

Baqiri vurğulayıb ki, İranın cavab tədbirinin necə və nə vaxt həyata keçiriləcəyinə Tehran özü qərar verəcək. Onun iddiasına görə, İsrailə cavab zərbəsi “dəqiq şəkildə” olacaq və İsraili bu əməlindən peşman edəcək.

İranın Dəməşqdəki missiyasına hücumu “İsrailin intiharı” adlandıran Baqiri deyib ki, iranlı hərbçilərin ölümü İsrailin məhvini sürətləndirəcək.

İranlı general həmçinin xəbərdarlıq edib ki, Dəməşqə hücuma görə ilk növbədə ABŞ məsuliyyət daşıyır və Vaşinqton cavab verməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər