6 Aprel 19:38
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dnestryanıda (Moldova – red.) hərbi hissəyə kamikadze pilotsuz təyyarə hücumu region ətrafında vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Aprelin 5-də kamikadze pilotsuz uçan aparat Dnestryanıda hərbi hissəyə hücum edib, nəticədə RLS-yə ziyan dəyib. Bu hadisəni Dnestryanı ətrafında onsuz da gərgin olan vəziyyəti gərginləşdirməyə yönəlmiş növbəti təxribat hesab edirik”, - rusiyalı diplomat bildirib.

Zaxarova vurğulayıb ki, Rusiya hadisənin bütün hallarının hərtərəfli araşdırılmasını gözləyir:

“Ümid edirik ki, bu ehtiyatsız hərəkətin arxasında duranlar onun təhlükəli nəticələrini tam dərk edirlər”.

Bundan əvvəl tanınmamış Dnestryanı Respublikasının “İstintaq Komitəsi” hərbi hissəyə PUA hücumundan cinayət işi açıb. Aprelin 5-də PUA hücumu nəticəsində Rıbnitsa vilayətində yerləşən hərbi hissələrdən birində göyərtəsində radiolokasiya stansiyası (RLS) olan ZİL markalı maşın zədələnib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər