ABŞ-nin milli təhlükəsizliyi indi Ukraynanı dəstəkləmələri əzmindən asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqon rəhbəri Loyd Ostin deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Qərb tərəfdaşlarının Ukraynanı tərk edəcəyinə ümid edir:
"Bu keşməkeşli vaxtlarda təhlükəsizliyimiz Amerikanın qətiyyətindən asılıdır. Putin ABŞ-nin ləngiyəcəyini və Ukraynanı ölümcül təhlükə ilə üz-üzə qoyacağını iddia edir. Əgər Moskva Ukraynada üstünlük təşkil edərsə, bu, bütün dünyada potensial təcavüzkarları cəsarətləndirəcək. Amerikanın hərəkətsizliyi azad dünyanı riskə atacaq və ağılasığmaz xərclər və təhlükələr riski yaradacaq", - Ostin vurğulayıb.