Kreml ümid edir ki, Rusiya-Ermənistan münasibətlərdə son vaxtlar yaranan gərginlik ən yüksək səviyyədə dialoq yolu ilə həll olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov həmçinin Ermənistanın yaxın tərəfdaş və müttəfiq olduğunu vurğulayıb:
"Bizi bir çox inteqrasiya formatları, tarixi ikitərəfli münasibətlər, humanitar əlaqələr birləşdirir. Onların əhəmiyyətini qiymətləndirməmək olmaz. Əlbəttə, belə sıx dialoqda bəzi problemlər ortaya çıxa bilər. Ümid edirik ki, prezidentlərin ( Putin və Paşinyan) bütün bunları müzakirə etmək imkanı olacaq. Bundan əlavə, əlbəttə ki, digər səviyyədə dialoqlar gedir, bu da çox vacibdir. Biz faktlarla çıxış edirik. İkitərəfli münasibətlərdə yaranmış bütün problemlər danışıqlarıa həll olunmalıdır".