13 Aprel 12:50
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Yunanıstan münasibətlərinin yumşaldılması istiqamətində mühüm irəliləyiş əldə olunub.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis may ayında Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, yunan xalqının əksəriyyəti Türkiyə ilə problem istəmir:

"Türkiyə ilə hər görüşdə əlaqələrimizin addım-addım yaxşılaşmasını istəyirik. Beynəlxalq hüquq normalarına və dəniz hüququna riayət olunarsa, aramızdakı problem həll edilə bilər. Hələ bu nöqtədə deyilik, amma bu problemin dibinə varmaq üçün indiki sakit mühiti daha uzun müddət saxlamalıyıq".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər