Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 11-də Ali Radanın ikinci oxunuşda qəbul etdiyi səfərbərlik haqqında qanunu imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna parlamentinin saytında məlumat yayılıb.
“Ukrayna prezidentinin imzası ilə geri qaytarılıb”, - sənədin təsvirində göstərilib. Qanunda nəzərdə tutulmuş normaların əsas hissəsi imzalandıqdan bir ay sonra - mayın 16-dan qüvvəyə minəcək.
Ukrayna Ali Radası aprelin 11-də ikinci oxunuşda səfərbərliyin sərtləşdirilməsinə dair qanun layihəsini qəbul edib. Sənədə 31 dəyişiklik edilib, o cümlədən 36 aylıq xidmətdən sonra ordudan tərxis olunma müddəası çıxarılıb.