17 Aprel 12:10
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Daxili İşlər Nazirliyi “Xarici agentlər haqqında qanun”a qarşı nümayişin 11 iştirakçısının həbs edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, etirazçılar inzibati qaydada saxlanılıblar.

Daxili İşlər Nazirliyi polisin vətəndaşlara qarşı gözyaşardıcı qazdan istifadə etdiyini təsdiqləyib və hər bir qanunsuz hərəkətə hüquq-mühafizə orqanlarının cavab verəcəyini təkrarlayıb:

“Rustaveli prospektində və parlament binası yaxınlığında keçirilən aksiyada Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən mitinqin təşkilatçıları və iştirakçılarına qanunla müəyyən edilmiş qaydada etiraz aksiyası keçirmək və zorakılıq hərəkətlərinə yol verməmək barədə çoxsaylı müraciətlərə baxmayaraq, nümayişçilər polisə fiziki müqavimət göstərib, müxtəlif əşyalar, o cümlədən daş və butulka atıblar. Bu qanunsuz aksiya nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşı xəsarət alaraq “Qafqaz” tibb məntəqəsinə yerləşdirilib.

Nazirliyə məxsus avtomobilə də ziyan dəyib. Daxili İşlər Nazirliyi gözyaşardıcı qazdan da istifadə edərək fiziki qarşıdurmanın qarşısını almaq üçün xüsusi tədbirlər görüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunu pozan 11 nəfər saxlanılıb. Bir daha aksiyanın təşkilatçıları və iştirakçılarını qanunda nəzərdə tutulmuş çərçivədə etiraz ifadəsini təmin etməyə çağırırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər