17 Aprel 15:53
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın sonundan Tacikistan vətəndaşlarının Gürcüstana girişinə qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun (“Radio Ozodi”) Tacikistan xidməti məlumat yayıb.

Tacikistan vətəndaşlarının Gürcüstan ərazisinə girişinin hansı səbəbdən qadağan edildiyi məlum deyil. İki ölkə arasında vizasız rejim var. Tacikistan vətəndaşlarının Gürcüstana girişi qaydalarının dəyişdirilməsi ilə bağlı rəsmi mətbuatda məlumat verilməyib.

Tendensiya cari ilin mart ayının sonundan müşahidə edilir, amma Tacikistan hakimiyyəti hələ də vəziyyətə təpki göstərməyib.

Tacik jurnalist Anuşervon Aripov martın 26-da bildirmişdi ki, o və bir neçə digər Tacikistan vətəndaşı Gürcüstan ərazisinə daxil ola bilməyib:

“Ailəm yanımda idi - həyat yoldaşım və iki kiçik uşağım. Gürcüstana turizm məqsədilə daxil olmağı planlaşdırırdıq, amma keçid məntəqəsində keçməyə icazə verilmədiyi üçün geri qayıtmalı olduq. Həmin gün daha 8 Tacikistan vətəndaşının ölkəyə girişinə icazə verilməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər