Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri ilə təchizatı məsələsi təcilidir.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq G7 ölkələrinin xarici işlər nazirlərinin Kapri adasında keçirilən görüşündə deyib.
“Bu təcilidir. Çünki hər gecikmə günü Ukraynaya daha çox ziyan vurulur”, - Stoltenberq qeyd edib.