Suriya ordusunun və “Milli Müdafiə Qüvvələri”nin azı 16 hərbçisi Homs əyalətində terrorçular tərəfindən öldürülüb.
Teleqraf.com xəbər verir ki, avtobusda olan əsgərlər və könüllülər gecə saatlarında Əl-Teybe bölgəsində magistral yolda İŞİD ekstremist qruplaşmasının dəstəsi tərəfindən pusquya salınıb.
Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriya səhrasının dərinliklərinə çəkilən terrorçuları geri oturdub. Yaralı hərbçilər xəstəxanaya çatdırılıb