“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
Onun sözlərinə görə, Baş katib Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini diqqətlə izləyib.
O, aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə olunmuş razılaşmanı alqışlayır.
“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, - bəyanatda deyilir.