30 Yanvar 2015 08:25
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada könüllülərdən ibarət “Aydar” batalyonu buraxılır. Artıq batalyonun ləğv olunmasına dair qərar qəbul edilib.

Tele “Ukrainskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Aydar” batalyonunun mətbuat katibi Yuliya Yevdokimova bildirib.

Yuliya Yevdokimova hərbi prokurorluq tərəfindən “Aydar” batalyonunun bir neçə döyüşçüsünə qarşı cinayət işinin başlandığını təsdiqləyib.

“Batalyon buraxılır, çünki ön cəbhədə könüllülərdən ibarət batalyonlarının olması sərf etmir. Onların hamısı alay və briqadalara qatılacaq. Əsaslı “təmizlənmə” işi gedir”, deyə Yevdokimova bildirib.

O əlavə edib ki, bu gün, yanvarın 30-da Ukrayna Müdafiə Nazirliyinin qarşısında batalyonun buraxılmasına etiraz əlaməti olaraq aksiyanın keçirilməsi gözlənilir.


Müəllif:

Oxşar xəbərlər