Kanadanın baş naziri Castin Trüdo və Polşa prezidenti Anjey Duda şəxsi görüşdə Ukrayna üçün tranşların ayrılmasını müzakirə ediblər.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.
Hər iki tərəf Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiqləyib. Siyasətçilər Ukrayna Silahlı Qüvvələrinə yardımın davam etdirilməsi yollarını müzakirə ediblər. Həm Kanada, həm də Polşa Ukrayna prezidenti Vladimir Zelenskinin silahlı münaqişəyə son qoymaq üçün diplomatik səylərini, o cümlədən “sülh formulu”nu təsdiqləyib.
Liderlər transatlantik təhlükəsizliyin möhkəmləndirilməsinə sadiq olduqlarını vurğuladılar və NATO-nun iyulda keçiriləcək sammitinə hazırlığı müzakirə etdilər.