21 Aprel 19:23
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hizbullah döyüşçüləri Qərbi Qalileydə "Burkan" raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini atəşə tutublar.

Teleqraf.com xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, hücumda "Cel əl-Aləm" yüksəkliyindəki radiolokasiya, həmçinin Avivim, Doviv və Şomera yaşayış məntəqələrindəki komanda-müşahidə məntəqələri, eləcə də kazarmalar hədəfə alınıb:

"Zərbə nəticəsində düşmənə Livan ərazisinə nəzarət etməyə imkan verən Misqav-am hərbi bazasında quraşdırılmış kəşfiyyat avadanlıqları sıradan çıxıb. Bu əməliyyatlar İsrailin Livanın Ait əl-Şaab, Blida, Kfar-Killa və Teir-Harf kəndlərinə hücumlarına cavab olaraq həyata keçirib".

Qeyd edək ki, bundan öncə İsrail hərbi qüvvələri Livanda Hizbullahın hərbi obyektlərinə zərbələr endirmişdi.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər