İsrail yaxın günlərdə Fələstinin radikal “HƏMAS” hərəkatına qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqləri artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - o deyib.
Eyni zamanda Netanyahu İsrailin yaxın gələcəkdə Həmas-a əlavə və ağrılı zərbələr endirəcəyini vəd edib.