Bu ilin birinci rübündə Almaniya hakimiyyəti 5,2 milyard avro dəyərində silah ixracına icazə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə xəbəri Almaniya İqtisadiyyat Nazirliyi yayıb.
Almaniyanın silah ixracı 2023-cü ilin birinci rübü ilə müqayisədə iki dəfədən çox artaraq 2,4 milyard avro təşkil edib.
Qeyd olunub ki, ölkənin 2024-cü ilin birinci rübündə 3,8 milyard avroluq ixracatının 74%-i Ukraynaya gedib. 2023-cü ildə isə Almaniya 12,2 milyard avro dəyərində silah ixracına icazə verib.