22 Aprel 09:15
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Avropa Komissiyasının Erasmus tələbə mübadiləsi proqramını yeniləməklə bağlı təklifini qəbul etməyib.

Teleqraf.com xəbər verir ki, britaniyalılar Avropa İttifaqında və Aİ vətəndaşları Birləşmiş Krallıqda daha asan şərtlərlə təhsil almaq imkanından məhrum olublar.

Qeyd edək ki, 1987-ci ildə təsis edilmiş Erasmus tələbə mübadilə proqramı (European Region Action Scheme for the Mobility of University Students) 18-30 yaşlı şəxslərin vətəndaşı olmadığı ölkədə 4 il müddətinə daha asan şərtlərlə təhsil almağa və işləməyə imkan verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər