23 Aprel 18:00
2 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə yayda PKK terror təşkilatına qarşı planlaşdırılan hərbi əməliyyatlar üçün İraqla sərhəddə Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb .

Ankara belə bir addım atarsa, bu, Türkiyəyə tədarük edilən S-400 raket kompleksinin ilk dislokasiyası və ya istifadəsi olacaq.

Türkiyə və Rusiya arasında sözügedən raketlərlə bağlı anlaşma 2017-ci ildə imzalanıb. Müqavilənin dəyəri 2.5 milyard dollardır.

Anlaşma ABŞ-nin kəskin tənqidinə səbəb olub. Bundan sonra Türkiyə F-35 beşinci nəsil qırıcı proqramından uzaqlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər