24 Aprel 09:53
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun aprelin 26-da Finlandiyada Rusiya ilə sərhəd yaxınlığında başlayacaq təlimləri təxribat xarakterlidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, NATO öz aqressiv istəklərinə haqq qazandırmaq üçün Rusiyanın bloka üzv dövlətlərə “hücum planları”na dair eyhamları fəal şəkildə yaymaqla, “Rusiya təhlükəsi” ətrafında məqsədyönlü şəkildə isteriyanı qızışdırır.

Bundan əlavə, Zaxarova hesab edir ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında manevrləri mümkün hərbi insidentlərin riskini artırır.

“Alyans sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı müzakirələrin nüfuzlu iştirakçısı olan keçmiş neytral dövləti (Finlandiya) praktiki cəhətdən hərbiləşdirir”, - rusiyalı diplomat vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər