28 Aprel 17:07
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynadakı qələbəsi dünyanı xaosa sala, qlobal iqtisadiyyatı dəyişdirə, nüvə silahlarının yayılması və digər münaqişələrə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin ən böyük bank holdinqi "JPMorgan"ın rəhbəri Ceymi Dimon deyib.

"Rusiyanın qələbəsi potensial fəlakət olardı", - holdinq rəhbəri vurğulayıb.

Dimon Rusiyanın dünyanı nüvə müharibəsi ilə hədələdiyini bildirib:

"Əvvəllər heç vaxt nüvə şantajı olmamışdı, bu, həm də bütün dünyaya onu aşılayır ki, nüvə silahına sahib olmaq çox yaxşı bir şeydir, ona sahib olsanız insanlar sizdən qorxacaqlar, istəsəniz qonşunuza sataşmaq olar".

ABŞ bankının rəhbəri xəbərdarlıq edib ki, Rusiya Ukrayna ilə müharibədə qalib gələrsə, bu, digər ölkələrdə Amerikanın onları hərbi hücumlardan qoruya və iqtisadi dəstək verə biləcəyinə dair şübhə yaradacaq:

"Narahatlığım budur ki, Rusiya bu müharibədə qalib gəlsə, insanlar ittifaqlar və iqtisadi münasibətləri yenidən qurarkən dünya xaosa girsin".

Dimon dünyanın uzun müddətdir təlatümlü olmasından narahat olduğunu qeyd edib:

"Geosiyasi vəziyyət bəlkə də İkinci Dünya Müharibəsindən bəri ilk dəfədir belə mürəkkəb və təhlükəlidir. Dünya nizamı imtahan olunur".

Dimon Rusiya-Ukrayna müharibəsini "dünya üçün ən böyük təhlükə" adlandırıb. O, bu mübarizənin demokratik dünya üçün dönüş nöqtəsi ola biləcəyini vurğulayır və əlavə edir ki, hazırkı geosiyasi qarşıdurmada heç bir oyun qaydaları yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər