ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanından sonra İsrail və İordaniyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters“ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İsrail və İordaniyadakı danışıqlar zamanı Blinken əsas diqqəti Qəzza zolağında girovların azad edilməsinə və anklava humanitar yardım axınının təmin edilməsinə yönəldəcək.