29 Aprel 08:42
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RUS) kuratoru təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə R.Kadırov "Telegram" kanalında məlumat yayıb.

“Əziz qardaşım, RUS-un rəhbəri Baybetar Vayxanovun xahişi ilə mən Adam Kadırovu RUS-un kuratoru təyin etmək qərarına gəldim. O, məşhur universitetin fəaliyyəti ilə yaxından tanışdır, ona görə də inanıram ki, o, üzərinə düşən vəzifələrin öhdəsindən çox yaxşı gələcək”, - deyə respublika rəhbəri yazıb.

Xatırladaq ki, fevral ayında Kadırovun böyük oğlu Axmat Çeçenistanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin olunub. O, həmçinin Kadırov ordeni ilə təltif edilib


Müəllif: Mənbə/Publika.az