29 Aprel 12:00
4 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan müdafiə naziri Nikos Dendias Türkiyənin gəmi və dron proqramlarına diqqət çəkərək, raket və PUA-ların istehsalı üçün 2 milyard avro ayrıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir türk PUA-larının qarşısını almaq üçün raket və dronların istehsalına başlanılmasının lazım olduğunu deyib.

“Qonşumuz Türkiyənin gəmiqayırma və dron proqramlarına baxın. Onlara məntiqli cavab verməliyik. Mən demirəm ki, yarışa girək, kimin birinci olduğunu görək. Biz özümüzü müdafiə etmək, çəkindirmə qabiliyyətinə malik olmaq istəyirik”, - Dendias vurğulayıb.

Yunan nazir açıqlamasına belə davam edib:

“Bu, Yunanıstan Silahlı Qüvvələrində indiyə qədər həyata keçirilən ən böyük islahatdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər