29 Aprel 15:32
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dən hərbi yardımın altı ay gecikməsi cəbhədə rus qoşunlarının fəallaşmasına şərait yaradıb.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets deyib.

"Hazırda Ukrayna Silahlı Qüvvələri Oçeretino kəndinin 10-15 faizini əlində saxlayır. Amma bu istiqamətin çətinliyi ondan ibarətdir ki, ruslar bu qəsəbədən qərbə doğru irəliləməyə davam edə və ya istiqamətlərini bir anda dəyişə bilərlər. Bu o deməkdir ki, hər şey Rusiyanın hansı qərarı verəcəyindən asılı olacaq. Kupyansk-Svatovo-Kremennaya zonasında rusların hücumu xeyli artıb. Rusiya ordusu bir neçə sektorda irəliləyə bilib. Rusiya qoşunları iki istiqamətdən Kupyansk üzərində irəliləməyə çalışır", - ekspert bildirib.


Müəllif: Əsəd Məmmədəliyev