ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində baş verən atışma nəticəsində azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 5-i yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alan polislərdən birinin vəziyyəti ağırdır.
“CBS News”un məlumatına əsasən, atışmada şübhəli bilinənlərdən biri ölü tapılıb.