8 May 08:01
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı dövlət başçısı Co Bayden səriştəsizliyinə görə Rusiya, Çin və Şimali Koreya liderləri ilə əlaqə saxlaya bilməyəcək.

Teleqraf.com Amerikanın "WGAL" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, Bayden o qədər bacarıqsızdır ki, nə etdiyini bilmir. Ona görə də o, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Tsinpin və Şimali Koreya lideri Kim Çen Inla iş görə bilmir.

Sabiq prezident qeyd edib ki, indiki dövlət başçısı ABŞ də demokratiya üçün təhlükə yaradır. Tramp 2020-ci il prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığına inandığını bildirib. O bildirib ki, ölkədə ədalətli və azad seçkilər, eləcə də pozuntular baş verərsə, onların nəticələrinə etiraz etmək hüququ lazımdır.


Müəllif: Pərvin Cəfərova