8 May 16:28
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaydan etibarən Ukrayna F-16 döyüş təyyarələrini almağa başlayacaq. İlk təyyarələri Danimarka göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Hollandiya müdafiə naziri Kaysa Ollonqren məlumat verib.

“Bu yaydan artıq real vasitələr verməyə hazırıq, əvvəlcə Danimarka F-16-ları göndərməyə başlayacaq, sonra Hollandiya davam edəcək. Əlbəttə, Ukrayna tərəfdən də hazırlıq lazımdır, infrastruktur hazırlanmalı, ehtiyat hissələrdən tutmuş sursata qədər texniki imkanlar təmin edilməlidir”, - müdafiə naziri deyib.

Ollonqren hərbi yardımın gecikdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, müharibə mürəkkəb və çox çirkindir.

“Cəbhədə səngərdə dayanan ukraynalı əsgərdən soruşsanız, təbii ki, bu, uzun müddət davam edə bilər və kömək kifayət etmir”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, hazırda cəbhədə Rusiya ordusunun müəyyən üstünlüyü var, amma Qərb hesab edir ki, hasilatın həcmi artırılarsa, vəziyyət dəyişə bilər. Xüsusilə, Ukraynanın geniş şəkildə tətbiq etdiyi və istifadə etdiyi döyüş sursatları, pilotsuz təyyarələr və digər silahlarla bağlı...


Müəllif: Mənsur Rəğbətoğlu