8 May 23:46
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin supergüc kimi populyarlığı bütün dünyada, xüsusən müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə getdikcə azalır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” qəzeti yazır.

Nəşr bildirir ki, Amerikanın müsəlman ölkələrindəki qlobal nüfuzu 2023-cü ilin əvvəlindən, xüsusən də Vaşinqtonun Qəzzadakı müharibədə İsraili dəstəkləməsi səbəbindən pisləşir. İndi də Avropa bu tendensiyaya qoşulur.

“Bayden administrasiyası vəzifəsinə başlayandan bəri ilk dəfə olaraq Qərbi Avropanın bir çox ölkələri ABŞ ilə bağlı sırf neqativ münasibətə qayıdıb. Müsbətdən mənfiyə doğru gedən bu eniş xüsusən də Almaniya, Avstriya, İrlandiya, Belçika və İsveçrədə nəzərə çarpır”, - “Latana” Araşdırmalar Mərkəzinin baş elmi işçisi Frederik DeVo deyib.

Bu arada, nəşr vurğulayır ki, Asiya, Şimali Afrika, Yaxın Şərq və Latın Amerikasında Çin haqda müsbət təsəvvürlər artmağa başlayıb. Bu, Avropada uzun müddətdir davam edən skeptisizmə baxmayaraq, Pekinə dair qlobal təsəvvürləri ümumilikdə müsbət edir.

Bundan əlavə, Ukrayna müharibəyə başladıqdan sonra dünyada ilkin olaraq mənfi qarşılanan Rusiya da Avropa istisna olmaqla, dünyanın əksər regionlarında öz imicini bərpa etmək yolunda görünür.

Amerikanın populyarlığının azalması, Rusiya və Çinin mövqelərinin yaxşılaşması o deməkdir ki, sonuncular Yaxın Şərq, Şimali Afrika və Asiyada ABŞ-nin yerini alırlar. Ümumilikdə ABŞ dünya səhnəsində əsas fiqur olaraq qalmasına baxmayaraq, Qərbi Avropa müttəfiqlərinin əhalisi arasında çatlar əmələ gəlməyə başlayır, Rusiya və Çin isə digər regionlarda nüfuz qazanır”, - nəşr yazır.


Müəllif: Mənsur Rəğbətoğlu