8 May 18:06
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva öz hərbçiləri Ukraynaya təlim missiyası üçün göndərməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Litva Baş naziri İnqrida Şimonite məlumat verib.

Onun sözlərinə görə, belə bir məqsədlə Ukraynaya qoşun yeritmək üçün parlamentin icazəsi var, amma Kiyev hələ bu məsələni həll etməyib.

Şimonite Rusiyanın bunu təxribat hesab edəcəyini etiraf edib.

“Rusiyanın reaksiyasını düşünsək, heç nə göndərə bilməzdik. Hər iki həftədən bir kiminsə nüvə silahı ilə vurulacağını eşidirik”, - baş nazir vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bundan əvvəl Ukraynaya qoşun göndərilməsinin ölkəsinə savaş elanı demək olacağını söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu