8 May 21:26
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya Prezidentinin iştirakı ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılmasının 10 illiyinə həsr olunmuş sammit keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan prezidentləri iştirak edirlər. Sammitə Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edir.

Putin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin 10 il ərzində ümumi ÜDM-nin artımını açıqlayıb.

“İqtisadi göstəricilər öz sözünü deyir. On il ərzində Avrasiya İttifaqı ölkələrinin ümumi ÜDM-i mövcud hesablamalara görə 1,6 trilyon dollardan 2,5 trilyon dollara qədər artıb”- Putin bildirib.

Eyni zamanda, o, üçüncü ölkələrlə ticarət dövriyyəsinin 60% - 579 milyard dollardan 923 milyard dollara yüksəldiyini bəyan edib.


Müəllif: Teleqraf.com