9 May 00:01
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində maneəsiz daxili bazar yaratmağı təklif edib.

Teleqraf.com bunu "RİA Novosti"yə istinadən xəbər verir.

Tokayevin sözlərinə görə, vahid Avrasiya dəhlizinin yaradılmasına ehtiyacı var.

"Praktik tədbir olaraq, biz QR kodlarından istifadə etməklə bütün göndərmə sənədlərinin uzaqdan yoxlanılması və rəqəmsal sənədlərin qarşılıqlı tanınması mexanizminin tətbiqinə başlamağı təklif edirik", - deyə Qazaxıstan rəhbəri bildirib.


Müəllif: Pərvin Cəfərova