9 May 01:05
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Krımı ələ keçirmək planı iflasa uğrayıb.

Teleqraf.com xəbər verir ki, bunu Müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan "EconVue" üçün yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Rusiya ordusunun gücünü lazımi səviyyədə qiymətləndirməyib.

“Qərb hücuma Rusiya ordusunun açıq-aşkar mənfi, kifayət qədər alçaldıcı imici ilə yanaşsa da, nəticə bu qeyri-ciddi fərziyyələri alt-üst etdi”

Brayan qeyd edib ki, NATO Rusiya ordusunun yarımadanın şimalındakı ərazilərə nəzarətini yarmaq üçün 12 Ukrayna briqadasını silahlandırmaq və təlim keçmək üçün aylar sərf edib. Onun sözlərinə görə, alyans rus əsgərlərini Krımdan təcrid etməyə, sonra isə Kiyevə yarımadanı geri almağa və Azov dənizindəki limanları ələ keçirməyə imkan verəcək körpünü dağıtmağa ümid edirdi.

O, əlavə edib ki, ABŞ və NATO hücumu diqqətlə düşünüblər. O qeyd edib ki, hücum ssenariləri ən müasir kompüter simulyatorları vasitəsilə sınaqdan keçirilib. Lakin Rusiya öz texnologiyasından istifadə edərək Şimali Atlantika Alyansının ən müasir silahlarını dayandıra bildi.


Müəllif: Pərvin Cəfərova