9 May 01:07
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar başa çatıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verib ki, görüş bir saatdan çox davam edib.

***

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş Avrasiya İqtisadi Birliyinin yubiley sammitindən sonra baş tutub.

Ermənistanın baş naziri Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli və regional əlaqələrin mühüm aspektlərini müzakirə edəcəyinə ümid etdiyini bildirib.

“Sonuncu dəfə keçən ilin dekabrında görüşmüşük, ondan sonra müzakirə edilməli olan çoxlu məsələlər yığılıb"-, deyə Paşinyan vurğulayıb.

Putin isə qeyd edib ki, 2023-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 7 milyard dolları ötüb.

“Son bir il ərzində ticarət dövriyyəsinin artımı çox əhəmiyyətli həcmdə olub və bu, daha çox Ermənistanın bizə ixracının artması ilə bağlıdır”.

Daha sonra görüş qapalı formatda davam edib.


Müəllif: Pərvin Cəfərova