9 May 18:43
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belqorod vilayətinin sakinlərinə bölgədə atəş açılacağı ilə bağlı xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə teleqram kanalında məlumat verilib.

Bildirilir ki, Krasnoyaruzski rayonu və Vyazovo kəndində mərmi atılır. Belqorod meriyası Şebekinski şəhər rayonunun Novaya Tavoljanka kəndinin atəşə tutulduğunu açıqlayıb.

Qeyd edək ki, mayın 9-na keçən gecə Belqorod və Belqorod vilayəti Ukrayna ordusunun hava hücumuna məruz qalıb. Birbaşa zərbələr yaşayış binalarına və avtomobillərə qeydə alınıb. Qubernator bildirib ki, biri uşaq olmaqla 8 nəfər yaralanıb.


Müəllif: Pərvin Cəfərova