1 İyun 13:21
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhədləri yaxınlığında terror dövlətinin yaradılmasına icazə verməyəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

​​PKK terror təşkilatının Suriyada qondarma dövlət təşəbbüslərinin qarşısını alacaqlarını bildirən nazir əməliyyat hazırlığının olub-olmadığı sualına belə cavab verib:

“Əməliyyata hazırlıq yoxdur. Türk Silahlı Qüvvələri onsuz da hər zaman əməliyyatlar aparır. İyirmidən çox komando briqadamız var. Təmizlədikləri yerlərdə qalırlar”.

Gülər ​​Suriyada durumun normallaşmasına dəstək verməyə hazır olduqlarını söyləyib: “Onları İŞİD-dən xilas edən bizik. Sərhədlərimizin təhlükəsizliyi tam təmin edildikdən sonra lazım gələrsə, geri çəkilməyi də nəzərdən keçirə bilərik”.

Türkiyə müdafiə naziri ​​PKK-nın Suriyanın şimalında qondarma seçki hazırlığı ilə bağlı bunları deyib:

“Qondarma seçki kampaniyaları Suriyanın ərazi bütövlüyü baxımından qəbuledilməzdir, regionda sülh və əmin-amanlığın qorunmasına mənfi təsir göstərəcək. Belə bir vəziyyəti qəbul etmək mümkün deyil. Bir daha vurğulamaq istərdim ki, biz öz milli təhlükəsizliyimizə və qonşularımızın ərazi bütövlüyünə xələl gətirən heç bir təşəbbüslərə yol verməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər