İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 36 479 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, Anklavın Səhiyyə Nazirliyindən verilən məlumata görə, oktyabrın 7-dən bəri qurbanlarının sayı 36 479 nəfərə çatıb. Açıqlamada yaralıların sayının 82 777-ə yüksəldiyi qeyd edilib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu daha əvvəl verdiyi açıqlamalarda ilkin olaraq bəyan edilmiş məqsədlərə çatmayana qədər Qəzza zolağında müharibəyə son qoymayacaqlarını deyib.