Slovakiyanın Baş naziri Robert Fitso mayın 15-də məruz qaldığı sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib.
Teleqraf.com xəbər verir ki, o, feysbuk səhifəsindəki video müraciətində ona sui-qəsd cəhdi edən Yuray Tsintula qarşı nifrət hiss etmədiyini deyib: “Mən onu bağışlayıram və ona nifrət etmirəm... O, sadəcə şər və siyasi nifrətin elçisi olub”.
Baş nazir iyulun əvvəlinə qədər işinin başına qayıtmağı planlaşdırdığını da qeyd edib.
Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub.