Ukrayna rəsmiləri ABŞ və Avropadan F-16 pilotları üçün təlimlərin artırılmasını tələb edir.
Teleqraf.com “Politico”ya istinadən xəbər verir ki, Ukrayna ABŞ-a 30 pilota təlim keçirilməsi üçün müraciət edib. Amma Bayden Kiyevə 12-dən artıq təcrübəçinin eyni anda qəbul olması üçün yerin olmadığını deyib.
Qeyd olunur ki, Danimarka və Rumıniyada da təlimlər üçün mövcud yerlərlə bağlı oxşar problem var.
Ukrayna son bir neçə həftə ərzində keçirdiyi bir sıra görüşlərdə və çağırışlarda ABŞ-dən Arizona ştatının Tucson şəhərindəki Morris Milli Qvardiya Bazasında pilotlara əlavə təlimlər keçirilməsi ilə bağlı rəsmi şəkildə xahiş edib.
Nümayəndələr Palatasının üzvüləri Jim Himes və Mike Turner də Ağ Ev administrasiyasından əlavə təlimləri təsdiqləməyi tələb ediblər. Onlar bir neçə digər siyasətçi ilə birlikdə keçən ay Pentaqona məktub yazaraq administrasiyadan məsələni prioritetləşdirməyi xahiş ediblər.
Lakin ABŞ Ukraynaya yerlərin məhdud olması ilə yanaşı, digər ölkələrin də F-16 pilotlarının təlim keçməsini gözlədiklərini və ABŞ-nin bu ölkələr qarşısında öhdəliklərini poza bilməyəcəyini bildirib.
Hərbi Hava Qüvvələrinin sözçüsü Laurelin sözlərinə görə, Milli Hərbi Hava Qvardiyası sentyabrın sonunadək Tusonda 12 ukraynalı pilota təlim keçməyi planlaşdırır. Pentaqonun sözçüsü mayor Çarli Dits isə bildirib ki, bir neçə ölkədən onlarla pilota ABŞ və Avropada əsas uçuş təlimləri və F-16 təlimləri keçirilir.