7 İyun 10:13
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti yeni hərbi planı – “Ümumi Müdafiə üzrə Çərçivə Direktivi”ni təqdim edib.

Teleqarf.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Alman nəşri yazır ki, planda müharibə zamanı görüləcək tədbirlər göstərilir. Əsas olanlar bunlardır:

NATO qoşunları Bundesver qüvvələrinin də yerləşəcəyi Şərq cinahına köçürülməlidir.

Zirzəmilər, yeraltı sığınacaqlar və metro stansiyaları əhali üçün bunker kimi istifadə olunacaq.

Nə qədər ki Almaniya özünü müdafiə edir, Bundestaq buraxılmamalıdır.

Hakimiyyət ölkənin bəzi bölgələrindən təcili təxliyə əmri verə bilər. Eyni zamanda ailələri ayırmaq da qadağandır.

Xəstəxanalar uzun müddət ərzində çoxlu sayda xəstənin qəfil axınına hazır olmalıdır.

Müharibə vəziyyətində Almaniya tədarük böhranı ilə təhdid olunur, xüsusən də tərəvəz və meyvələrə görə. Ona görə də ərzaqların paylanmasını Qida Nazirliyi tənzimləyə bilər. Hökumət buğda, çovdar və yulafı gizli yerlərdə saxlayacaq. Xüsusilə şəhər mərkəzlərində əhalini gündə bir dəfə isti yeməklə təmin etmək üçün təcili ehtiyat (düyü, paxla) da var.

Hökumət şirkətləri yalnız müdafiə üçün məhsullar istehsal etməyə məcbur edə bilər.

Müharibə zamanı hərbi xidmətə çağırışçılar üçün müddətli xidmət qaytarılır. Bu o deməkdir ki, vətəndaşlar istənilən vaxt orduya çağırıla bilərlər.

Məşğulluq xidməti 18 yaşdan yuxarı vətəndaşları müəyyən işlərdə işləməyə məcbur edə bilər: məsələn, tibb sahəsində, poçtda, çörək sexlərində.

Almaniya müdafiə naziri Boris Pistorius apreldə ordunu müharibəyə hazır vəziyyətə gətirmək üçün yenidən təşkil etmək planlarını açıqlayıb.

“Məqsəd Bundesveri yenidən elə qurmaqdır ki, hətta fövqəladə, müdafiə və müharibə vəziyyətlərində də optimal olsun”, - nazir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər