12 İyun 13:19
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu əsas qüvvələrini Donetsk vilayətinin Pokrovsk və Kuraxiv istiqamətlərində cəmləşdirərək bütün cəbhə xətti boyunca hücum əməliyyatlarını fəal şəkildə davam etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

General hazırda ən şiddətli döyüşlərin Pokrovsk və Kuraxiv istiqamətlərində getdiyini bildirib.

Sırskinin sözlərinə görə, Çasiv Yar, Klişçivka və Kalınıvka rayonlarında da döyüşlər davam edir. Rusiya ordusu Kramatorsk və Slavyansk istiqamətlərində ələ keçirdiyi arealı genişləndirmək üçün bu yaşayış məntəqələrini tutmağa çalışır.

Luqansk vilayətindəki duruma gəlincə, general vurğulayıb ki, Rusiya qoşunları Biloqorivka və Siverskə doğru fəal həmlələrini davam etdirir.

Rusiya qüvvələri Xarkov istiqamətində Ukrayna ordusunun müdafiə xəttinin dərinliklərinə doğru irəliləməyə və təhlükəsizlik zolağı yaratmağa çalışır. Ruslar Zaporoje istiqamətində Staromayorsk və Robotində hücum əməliyyatları keçirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər