12 İyun 18:39
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanla diplomatik münasibətlərin bərpası ilə bağlı məlumatlar şayiələrdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu cür şayiələr Gürcüstanın müxtəlif müxalifət resursları tərəfindən yayılır.

"Gürcüstan müxalifət resurslarının tirajladığı müxtəlif yalan xəbərləri şərh etməyin mənası yoxdur", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Gürcüstanın "Mtavari" telekanalı Rusiya və Gürcüstan hökumətlərinin diplomatik münasibətlərin bərpası üçün fəal işə başladığını bəyan edib. Portal, həmçinin, iddia edib ki, tərəflər hazırda Moskvada səfirlik açmaq barədə razılığa gəliblər və bunun üçün artıq işçilərin işə qəbulu aparılır.

Xatırladaq ki, Gürcüstan Moskva ilə diplomatik münasibətləri 2008-ci ildə kəsib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər