Vaşinqton və London Kiyev üçün Rusiya Federasiyasına qarşı genişmiqyaslı təxribat planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova vurğulayıb ki, anqlosakslar açıq şəkildə Kiyev rejimini vəhşi terror aktları törətməyə təhrik edir.
"Vaşinqton və London genişmiqyaslı təxribat planlaşdırır”, - Rusiya XİN sözçüsü qeyd edib.