15 İyun 20:19
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin həllinə dair İsveçrədə keçirilən sammit çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisi teleqram kanalında məlumat yayıb.

Zelenski Zurabişvili ilə ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də iki dövlət üçün təhlükəsizlik problemlərini müzakirə etdiyini vurğulayıb. Ukrayna prezidenti Rusiya tərəfinin Ukrayna hava məkanında hərəkətləri, habelə onların ölkənin enerji sisteminə təsirindən də danışıb.

Zelenski Ukrayna və Gürcüstanın Avropa İttifaqında bir yerdə olacağı günün gələcəyinə əmin olduğunu bildirib.


Müəllif: Pərvin Cəfərova