İtaliyanın Baş naziri Corca Meloni yaxın həftələrdə Çinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Yeddilik Qrupu (G7) sammitinin sonunda mətbuat konfransında məlumat verib.
"Yaxın həftələrdə səfər hazırlığı üzərində işləyirik, hələ dəqiq tarixlərin olmamasına baxmayaraq, bunu daha sürətli etmək istərdim", - o deyib.
Xatırladaq ki, Meloniyə Pekinə səfər etmək üçün dəvət hələ 2023-cü ilin sonunda ÇXR Sədri Si Cinpindən gəlib. Hazırkı hökumət Pekinlə münasibətlərin bir çox aspektlərinə şübhə ilə yanaşsa da, Roma strateji tərəfdaşlığı artırmaq niyyətini bəyan edir.
Meloninin ÇXR-ə səfəri iyul ayına planlaşdırılır.