16 İyun 11:26
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalılar Sülh Forumunu sabah qələbə gətirəcək vasitə kimi qəbul etməməlidirlər. Biz hələ Ukrayna uğrunda mübarizə aparmalıyıq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun mayoru Maksim Jorin deyib.

“Bütün beynəlxalq tədbirlər vacibdir, amma bu, Ukraynanın diplomatik sahədə mövqelərini gücləndirməyə imkan verən vasitələrdən yalnız biridir. Yekun nəticə üçün tədbirlər kompleksi olmalıdır - müdafiə qabiliyyətimizin gücləndirilməsi, hərbi sənayemizin inkişaf etdirilməsi, cəbhədə uğurlar və cəmiyyətin militarizasiyası”, - sabit bildirib.

Jorinin fikrincə, forumun nəticəsi dünyanın əsas tezisini qəbul etməsi olmalıdır - sülh yalnız Ukraynanın şərtləri ilə mümkündür:

“Müttəfiqlərin Ukraynaya daim dəstək, o cümlədən silah-sursatla təminat ehtiyacını dərk etməsi də vacibdir. İstəmədiyimiz yeganə şey Ukrayna cəmiyyətinin bunu sabah qələbə gətirəcək vasitə kimi qəbul etməsidir. Rusiyanın müharibəni bitirmək niyyətində olmadığı reallığı ilə yaşamalıyıq. Biz hələ də dövlətimiz üçün mübarizə aparmalı olacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər