16 İyun 14:38
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Baş naziri Corciya Meloni Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibənin dayandırılması şərtləri ilə bağlı bəyanatını şərh edib.

Teleqraf.com xəbər verir ki, İtaliya lideri bunun real addımdan daha çox təbliğata bənzədiyini bildirib.

“Prezident Putinin təklifi belə görünür: Ukrayna Ukraynanın işğalını tanısa və işğal edilmiş ərazilərdən imtina edərsə, biz sülh danışıqlarına hazırıq. Bu təklif mənə elə də təsirli görünmür”, - Meloni vurğulayıb.

Rusiya prezidenti iyunun 14-də söyləmişdi ki, Kiyev 4 bölgədən – Donetsk, Luqansk, Xerson və Zaporojedən qoşunlarını çıxarsa və NATO-ya üzvlük planından imtina etsə, dərhal Ukraynada atəşkəs elan ediləcək və danışıqlar başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər