18 İyun 10:52
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail polisi baş nazir Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyası zamanı 8 nümayişçini saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, etirazçılar hökumət başçısının iqamətgahına daxil olmağa cəhd ediblər.

Mənbə bildirib ki, ötən günlərdə polis Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinin yaxınlığında keçirilən qanunsuz etiraz aksiyasına görə dörd nəfəri saxlayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər